...Rusiyada, Verxnyaya Pışmada yeniyetmə 12 yaşlı sinif yoldaşını bıçaqla vurub.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Lenta.ru-ya Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinin rəhbərinin böyük köməkçisi Aleksandr Şulqa məlumat verib.
Müstəntiqlər faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (“Qəsdən sağlamlığa ağır zərər vurma”) ilə cinayət işi açıblar.
Hadisənin bütün şəraiti müəyyənləşdirilir.
Mayın 24-ü axşam saatlarında yeniyetmə kürəyindən bıçaq xəsarəti alıb.
E1.RU xəbər verir ki, məktəbli iki sinif yoldaşı ilə gəzirmiş, onlardan biri qatlanan bıçaqla onun kürəyindən bıçaqlayıb. Qurbanın anası oğlunun reanimasiyada olduğunu bildirib. ...Bundan əvvəl Sankt-Peterburqda naməlum şəxs pnevmatik silahla gənclərə hücum edib.
Nazlı Almuradova