Moskvanın hava limanlarında uçuşlar müvəqqəti olaraq dayandırılıb...

25 May 2025 19:06 (UTC+04:00)

...Moskvanın Vnukovo, Domodedovo və Jukovski hava limanlarında uçuşlar müvəqqəti olaraq dayandırılıb.

SİA xəbər verir ki, bu barədə Shot Telegram kanalı məlumat yayıb. Xalça planı təqdim olundu.

Məhdudiyyətlərin nə qədər davam edəcəyi barədə məlumat yoxdur.

Eyni zamanda, Moskva meri Sergey Sobyanin paytaxta doğru uçan pilotsuz təyyarənin məhv edilməsi barədə məlumat verib.

Bundan əvvəl Yaroslavl və İvanovo hava limanları müvəqqəti bağlanıb - orada uçuşların qəbulu və yola salınmasına qadağa tətbiq edilib.

Təhlükə səbəbindən hava limanının fəaliyyəti dayandırılıb.

Əli Babayev