İngiltərənin “Mançester Siti” komandası ilə yollarını ayıran Kevin De Bruynenin yeni klubu bəlli olub.
SİA xarici mətbuata istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi karyerasını İtaliyada davam etdirəcək. 33 yaşlı oyunçu “Napoli” ilə razılığa gəlib.
O, Neapol təmsilçisi ilə 3 illik müqavilə imzalayacaq.