Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, mayın 26-da bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000metrədək məhdudlaşacağı gözlənilir.