Rusiyada 5,4 maqnitudalı zəlzələ olub. SİA- nın xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Zəlzələnin ocağı Altayın Koş-Ağac rayonunda, Qızıl Daş kəndindən 12 km cənub-şərqdə yerləşib. Yeraltı təkan 10 yaşayış məntəqəsində hiss edilib.
İlkin məlumata görə, dağıntı və tələfat yoxdur.