İsrail zirehli briqadalarını bu əraziyə yerləşdirir

25 May 2025 02:30 (UTC+04:00)

İsrail ordusu bütün nizami piyada və zirehli briqadalarını Qəzza zolağına yerləşdirib. SİA xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb. Məlumata görə, bu qüvvələr sektorda hərbi əməliyyatların daha da intensivləşdirilməsinə hazırlıq fonunda cəmlənir.