54 yaşlı türkiyəli müğənni Sibel Canın ailə qurduğu iddia edilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun özündən 10 yaş kiçik sevgilisi Emir Sarıgül ilə nikah masasına oturduğu xəbəri yayılıb. Sənətçi prodüseri vasitəsilə yayımladığı açıqlamada evlilik xəbərini təkzib edib. Qeyd edək ki, müğənni uzun zamandır 44 yaşlı iş adamı Emir Sarıgül ilə münasibətdədir.