...Pentaqonun sözçüsü Şon Parnell Tramp administrasiyasının Cənubi Koreyadan bir neçə min amerikalı hərbçini çıxarmaq barədə qərar qəbul etməyə hazırlaşdığı barədə xəbərləri həqiqətə uyğun olmayan adlandırıb.
Parnell “Müdafiə Nazirliyinin Koreya Respublikasındakı (Cənubi Koreya) ABŞ qoşunlarının sayını azaldacağı ilə bağlı xəbərlər doğru deyil”. - deyib.
...Pentaqonun işini işıqlandıran hər kəs bilir ki, biz həmişə qoşun yerləşdirmələrini nəzərdən keçiririk.
Bunu da Sean Parnell bildirib.
Eyni zamanda o, ABŞ-ın Cənubi Koreyaya tam sadiq qaldığını vurğulayıb. Bu ölkə ilə müttəfiqlik sarsılmazdır. “Wall Street Journal” (WSJ) daha əvvəl yazmışdı ki, Tramp administrasiyası minlərlə Amerika əsgərini Cənubi Koreyadan çıxarmağı düşünür.
Nəşrin danışdığı mənbələrə görə, Pentaqonun hazırladığı variantlardan biri 4500-ə yaxın hərbçinin çıxarılması və sonradan Hind-Sakit okean regionunun digər ərazilərində, xüsusən də Quam adasında yerləşdirilməsini nəzərdə tutur. Donald Tramp prezident kimi ilk müddətindən bəri Cənubi Koreyada Amerika hərbçilərinin mövcudluğunun nəzərdən keçirilməsi məsələsini dəfələrlə qaldırıb.
Hazırda regionda 28500-ə yaxın Amerika əsgəri var.
Əli Babayev