İsveçrədə Loni adlı inək dağların üstündən uçub...

24 May 2025 18:35 (UTC+04:00)

...İsveçrənin Alp kəndində Loni adlı inək dağların üstündən uçub.

SİA-nın məlumatına görə, bu barədə KNWA yazıb.

Deməli, ölkənin cənubunda, Alp dağlarında Blatten kəndinin üstündəki səmada qeyri-adi hadisə müşahidə edilib. Bir gün əvvəl qaya uçması təhlükəsi ilə əlaqədar orada insanların və heyvanların genişmiqyaslı təxliyyəsi həyata keçirilib. Yaralanan və öz başına enə bilməyən Loni adlı inək təyyarə ilə aparılmalı olublar.

Ümumilikdə 300-ə yaxın sakin, 190 baş qoyun, 26 baş inək və 20 baş dovşan təhlükə zonasından təxliyə edilib. Kəndin meri Mattias Bellvald bir neçə gün ərzində əməliyyatı təşkil edən yerli ictimaiyyətin birliyini yüksək qiymətləndirib. Təbii fəlakət mühəndisi Alban Brigger vəziyyətin dumanla çətinləşdiyini və bu təhlükənin dəqiq qiymətləndirilməsini çətinləşdirdiyini söyləyib.

Əsas təhlükəni qeyri-sabit qaya kütləsi və buzlaq yaradır - onların dağılması buz və qayaların güclü uçqunlarına səbəb ola bilər. 2023-cü ildə oxşar təhlükə İsveçrənin şərqindəki Brienz kəndinin boşaldılmasını məcbur etdi, burada sürüşmə evlərdən bir neçə metr aralıda dayanıb.

Əli Babayev