İsveçin vəliəhd şahzadəsi Viktoriya xüsusi zabit hazırlığını başa vurub və hazırda rəsmi olaraq kiçik leytenant hərbi rütbəsini alıb. Bu barədə İsveç Silahlı Qüvvələrindən məlumat verilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, vəliəhd şahzadənin hərbi karyerası 2024-cü ilin yazında Stokholm amfibiya alayında ilkin hazırlıq keçməsi ilə başlayıb. Bu, onun 2003-cü ildəki əsgərlik təcrübəsinin təkrarı idi. Payızda Viktoriya ali təhsilli şəxslər üçün uyğunlaşdırılmış intensiv zabit kursuna başlayıb.
Təlim Avropada artan hərbi gərginlik və genişmiqyaslı hərbiləşmə fonunda keçib.
"Təlim gözlədiyimdən əhəmiyyətli dərəcədə mənalı oldu. Lakin bu, xüsusilə indiki çətin beynəlxalq vəziyyətdə son dərəcə faydalı və vacib idi. Bu, mənə dünyada baş verənlərə yeni gözlə baxmağa imkanı verdi”, - deyə Viktoriya bildirib.
Vəliəhd şahzadə artıq İsveç Silahlı Qüvvələrində peşəkar və ya ehtiyatda olan zabit kimi xidmət etmək hüququna malikdir.
Başqalarını hərbi xidmətə ruhlandırmağa ümid edib-etmədiyi ilə bağlı sualı Viktoriya belə cavablandırıb: “Hər halda hətta bir qədər yaşlı olsan belə başlamaq üçün heç vaxt gec olmadığını göstərmək üçün bu, mümkündür”.