AMB kağız və metal pulların istehsalı və nəqli üzrə xərclərini 34 %-dən çox azaldıb

24 May 2025 17:15 (UTC+04:00)

Ötən il Azərbaycan Mərkəzi Bankının (AMB) kağız və metal pulların istehsalı və nəqli üzrə xərcləri 9,282 milyon manat olub. SİA bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə 34,2 % azdır.

Ötən ilin sonuna Azərbaycanda dövriyyədə olan kağız və metal pulların həcmi 17,449 milyard manat olub. Məlumata görə, dövriyyədə olan kağız və metal pulların həcmi son bir ildə 131 milyon manat və ya 0,8 % artıb.