“Şahdağ Qusar” çempionluq kubokunu qusarlı futbolsevərlərə təqdim edib - FOTOLAR

24 May 2025 15:57 (UTC+04:00)

Futbol üzrə Azərbaycan II Liqasının qalibi olan “Şahdağ Qusar” çempionluq kubokunu qusarlı futbolsevərlərə təqdim edib. SİA xəbər verir ki, çempion komanda mayın 24-də Qusar şəhərinin mərkəzi meydanında azarkeşləri ilə görüşüb, qələbə sevincini onlarla bölüşüb.

“Şahdağ Qusar”ın çempion olaraq I Liqaya vəsiqə qazanması münasibətilə rayon icra hakimiyyəti tərəfindən qarşılanma mərasimi və konsert proqramı təşkil olunub.

Komanda nümayəndələri qazanılan qələbənin yalnız idman uğuru deyil, həm də birlik, həmrəylik nümunəsi olduğunu diqqətə çatdırıb, bu qələbədə əsas pay sahiblərindən olan azarkeşlərə təşəkkürlərini ifadə ediblər.

“Şahdağ Qusar” 2024/2025 mövsümündə heç bir oyunda məğlub olmadan II Liqanın qızıl medallarını qazanıb.