AYNA auditor seçib

24 May 2025 15:39 (UTC+04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Baker Tilly Audit Azərbaycan" QSC-dir.

Qalib şirkətə 67,26 min manat ödəniləcək.

Xatırladaq ki, AYNA-nın 2023-cü il üzrə maliyyə hesabatlarının auditini "RSM Azerbaijan" MMC aparıb. Bu xidmədlərə görə şirkətə 64,9 min manat ödənilib.