Mərkəzi Bankda rezident bankların qısamüddətli depozitləri 2 dəfə azalıb

24 May 2025 14:21 (UTC+04:00)

Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankında (AMB) rezident bankların qısamüddətli depozitləri 1 milyard 268,46 milyon manat olub. SİA bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, 2024-cü il yanvarın 1-i ilə müqayisədə 2,1 dəfə azdır.

Xatırladaq ki, 2024-cü ildə AMB-nin öhdəlikləri 3,9 % artaraq 34 milyard 522,896 milyon manat, o cümlədən dövriyyədə olan əskinaslarının və sikkələrinin dəyəri 0,8 % artaraq 17 milyard 449,091 milyon manat, kredit təşkilatları qarşısında öhdəlikləri 3,9 % azalaraq 6 milyard 265,219 milyon manat, hökumət idarələri qarşısında öhdəlikləri 2,1 dəfə artaraq 7 milyard 990,124 milyon manat, Beynəlxalq Valyuta Fondu (IMF) ilə əməliyyatlar üzrə öhdəlikləri isə 3 % azalaraq 1 milyard 175,186 milyon manat olub.