Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında günün ilk oyunu keçirilib. SİA xəbər verir ki, H qrupunun II turunda Qana yığması İsrail ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşma Avropa təmsilçisinin 4:0 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, ilk turda Qana İspaniyaya, İsrail isə Serbiyaya 0:3 hesabı ilə uduzub.