Kişi həndbolçular arasında Azərbaycan Kubokunun sahibi müəyyənləşib. SİA xəbər verir ki, "AHF Arena"da keçirilən final matçında "Bakı" və "Kür" komandaları qarşılaşıblar.
Gərgin mübarizə şəraitində keçən matçda 20:19 hesabı ilə qələbə qazanan Mingəçevir təmsilçisi qızıl medallara sahib çıxıb.