ABŞ gözlənilmədən Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləyib

25 May 2025 00:04 (UTC+04:00)

...Yeddilik Qrupu (G7) ölkələrinin maliyyə nazirləri birgə kommünikedə Rusiyanın Ukraynaya qarşı “amansız müharibəsini” pisləyib və Rusiya lideri Vladimir Putin atəşkəsi gecikdirməyə davam edərsə, Moskvaya qarşı sanksiyaları sərtləşdirəcəklərini vəd ediblər.

SİA-nın məlumatına görə, “The Telegraph” yazır ki, sənəd əvvəllər müharibəyə görə bütün günahı Rusiyanın üzərinə atmaqdan imtina edən ABŞ prezidenti Donald Tramp administrasiyasının siyasətində “əhəmiyyətli dəyişikliyə” işarə edib.

...Biz Rusiyanın Ukraynaya qarşı davam edən amansız müharibəsini pisləyirik və Ukrayna xalqının və iqtisadiyyatının böyük dayanıqlığını təqdir edirik.

Bunu G7-nin maliyyə nazirləri Kanadanın Banff şəhərində ABŞ-ın maliyyə naziri Scott Bessent-in iştirak etdiyi üç günlük sammitdən sonra bildiriblər.

Kommunikedə həmçinin deyilir ki, G7 ölkələri Ukraynanın ədalətli və davamlı sülhə gedən yolda ərazi bütövlüyünü və mövcudluq hüququnu, habelə azadlığını, suverenliyini və müstəqilliyini müdafiə etməkdə ona sarsılmaz dəstək verməyə sadiqdirlər.

Nəşrin qeyd etdiyi kimi, bu bəyanat Ağ Evin “sülh səyləri”nin əvvəlindən tutduğu əvvəlki mövqelərə ziddir.

...Sənəddə ölkələr həmçinin Rusiyanın Ukraynaya vurduğu zərərin ödənilməsini təmin etmək əzmində olduqlarını təsdiqləyirlər.

Sənəddə G7 üzvləri Rusiyanın dondurulmuş aktivlərini qoruyub saxlamağa və yeni “cəza tədbirləri”ni araşdırmağa söz veriblər.

...Əgər belə bir atəşkəs razılaşdırılmasa, biz bütün mümkün variantları, o cümlədən sanksiyaların daha da gücləndirilməsi kimi maksimum təzyiq variantlarını araşdırmağa davam edəcəyik.

Bu, bəyanatda bildirilir.

Kommunikenin Brüsseldə rahatlıqla qarşılandığı qeyd edilir. Qrupun Ukrayna siyasəti üzərində işləyən Qərb rəsmilərindən biri “Allaha şükür” deyib.

...Xatırldaq ki, G7 maliyyə nazirləri və Mərkəzi Bank Rəhbərləri Sammiti Kanadanın Alberta ştatının Banff şəhərində keçirilib.

Əli Babayev