Milli Basketbol Assosiasiyasında (NBA) yarımfinal mərhələsinin növbəti oyunu keçirilib. SİA xəbər verir ki, “İndiana Peysers” və "Nyu-York Niks" arasında seriyanın ikinci görüşü baş tutub. Qarşılaşma birincilərin 114:109 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da “İndiana Peysers” seriyada 2:0 önə keçib.
Komandalar arasında növbəti matç mayın 26-da təşkil olunacaq.