Bu gün "Qarabağ" və "Neftçi" komandaları Misli Premyer Liqasında cari mövsüm sonuncu oyunlarını keçirəcəklər. SİA xəbər verir ki, sonuncu - XXXVI turda Ağdam təmsilçisi səfərdə "Şamaxı"nın qonağı olacaq.
Şamaxı şəhər stadionundakı qarşılaşma saat 17:00-da başlayacaq.
"Neftçi" isə sonuncu turda, “Bank Respublika Arena”da "Sabah"la üz-üzə gələcək. Görüşün start fiti saat 19:30-da səslənəcək.
2024/2025 mövsümündə ölkə çempionluğunu rəsmiləşdirən "köhlən atlar" 86 xalla liderdir. "Sabah" 45 xalla beşinci, "Neftçi" 43 xalla altıncıdır. 36 xala malik "Şamaxı" isə yeddinci sırada yer alıb.
Misli Premyer Liqası
IV dövrə, XXXVI tur
23 may
Misli Premyer Liqası
IV dövrə, XXXVI tur
24 may
17:00. “Şamaxı” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əkbər Əhmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Şamaxı şəhər stadionu
19:30. “Sabah” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Kamranbəy Rəhimov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Bank Respublika Arena”
Qeyd edək ki, tura mayın 25-də yekun vurulacaq.