ABŞ qoşunlarını Cənubi Koreyadan çıxarır?

24 May 2025 08:45 (UTC+04:00)

Cənubi Koreyanın Müdafiə Nazirliyi ölkədəki ABŞ qoşunlarının bir hissəsinin çıxarılması barədə müzakirələr aparılmadığını açıqlayıb. SİA “Yonhap” agentliyinə istinadla xəbər verir ki, nazirliyin məsələyə dair bəyanatı “The Wall Street Journal” qəzetinin Donald Tramp administrasiyasının ABŞ-ın Cənubi Koreyadakı 28 min 500 nəfərlik hərbi kontingentinin (USFK) 15 faizini (4500 nəfər) Hind-Sakit okean regionundakı digər məntəqələrə, o cümlədən QUAM adasına köçürməyi planlaşdırdığını iddia edən məqaləsindən sonra təsadüf edir. "USFK Cənubi Koreya-ABŞ ittifaqının əsas gücü olaraq, Şimali Koreyanın işğal və təxribatının qarşısını almaqla Koreya yarımadasında və regionda sülh və sabitliyə töhfə verib", - deyə nazirliyin açıqlamasında qeyd olunur.

Paralel olaraq, USFK də bu iddianı rədd edən açıqlama yayıb. ABŞ hərbi kontingentinin bir hissəsinin Cənubi Koreyadan çıxarılması barədə xəbərin doğru olmadığı vurğulanan açıqlamada deyilir ki, ABŞ Cənubi Koreyanın müdafiəsinə qətiyyətlə sadiqdir. Biz dəmir ittifaqımızı qorumaq və gücləndirmək üçün Cənubi Koreyanın yeni hökumət rəsmiləri ilə işləməyi səbirsizliklə gözləyirik.