"Şamaxı” “Qarabağ”a, “Sabah” “Neftçi”yə qarşı

24 May 2025 08:13 (UTC+04:00)

Azərbaycan Premyer Liqasında 36-cı turun oyunları keçirilir. SİA xəbər verir ki, turun ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

“Şamaxı” doğma meydanda “Qarabağ”ı qəbul edəcək. “Neftçi” isə səfərdə “Sabah”ın qonağı olacaq.

Azərbaycan Premyer Liqası

36-cı tur

24 may

17:00. “Şamaxı” - “Qarabağ”

Şamaxı şəhər stadionu

19:30. “Sabah” - “Neftçi”

“Bank Respublika Arena”

Qeyd edək ki, turun açılış oyununda dünən “Sumqayıt” “Səbail”i 4:1 hesabı ilə məğlub edib. Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.