İki nüvə dövlətinin hava məkanları bu tarixədək bağlı qalacaq

24 May 2025 02:36 (UTC+04:00)

Pakistan Hava Limanı İdarəsi Hindistan aviaşirkətləri üçün hava məkanının bağlanması qərarını iyunun 24-dək uzadıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Hindistan da müvafiq olaraq Pakistana qarşı eyni qərarı qəbul edib. Xatırladaq ki, iki nüvə ölkəsi arasında münasibətlər aprelin 22-də Kəşmirdəki məşhur turizm məkanı Pahalqam şəhərində baş verən terror aktından sonra gərginləşib. Mayın 10-da ABŞ Prezidenti Donald Tramp Hindistan və Pakistanın atəşkəs barədə razılığa gəldiyini açıqlamışdı.