Rusiyalı xokkeyçilər ABŞ-da əlbəyaxa oldular

24 May 2025 02:33 (UTC+04:00)

"Dallas” Stenli Kubokunun yarımfinal seriyasının ilk oyununda “Edmonton”u məğlub edib. SİA xəbər verir ki, Dallasda baş tutan görüş meydan sahiblərinin 6:3 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşma başa çatdıqdan sonra 6 xokkeyçinin iştirak etdiyi kütləvi dava düşüb. Ruslar – “Dallas”ın müdafiəçisi İlya Lyubuşkinlə “Edmonton”un hücumçusu Vasili Podkolzin də əlbəyaxa olublar. Seriyada hesab 1-0 “Dallas”ın xeyrinədir. Növbəti qarşılaşma mayın 23-dən 24-nə keçən gecə baş tutacaq.