Tovuzda minik avtomobili traktora çırpılıb: xəsarət alan var

23 May 2025 23:09 (UTC+04:00)

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, "Vaz-2107" markalı minik avtomobili hərəkətdə olarkən traktorun qoşqusuna çırpılıb.

Qəza nəticəsində bir nəfər xəsarət alıb və dərhal xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.