Bakının mərkəzində avtomobil yanıb

23 May 2025 18:08 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Ü.Hacıbəyli küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus “AUDİ” markalı minik avtomobilinin salonunda baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin idarəetmə lövhəsi və salonu yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.