O vaxt könüllü olaraq əfqanlara təslim olan rusiyalı əsgərin hekayəsi...

24 May 2025 00:34 (UTC+04:00)

...Keçmiş sovet hərbçisi Sergey Krasnoperov 40 il ərzində yaşadığı Əfqanıstandan Rusiyaya qayıdıb.

SİA xəbər verir ki, bu barədə "RT" məlumat yayıb.

Onun indi 60 yaşı var, Əfqanıstandakı adı Nurməmməd olan Sergey müsəlmandır.

Kurqandan olan Sergey, 1983-cü ildə orduya çağırılaraq Əfqanıstana xidmətə göndərilib. Bazarda mübadilə etmək üçün anbarda işləyən Sergeydən zorla yemək alan əsgər yoldaşları ilə münaqişədən sonra o, icazəsiz bölməni tərk edib.

Özü də silahsız. Əfqanlara əsir düşən əsgərin həyatını xilas edən də elə bu olub. Yəni silahsız olması. Əfqanların komandiri ilk dəfə onu görəndə, əfqan yaraqlılarına ona toxunmamağı əmr edib..

Və əsiri “öyrənməyi”, onun nə ilə maraqlandığını, nə etməyi xoşladığını başa düşməyə çalışıb.

...Sergey-Nurməmməd deyir ki, yanında olduğu adamlar onunla yaxşı rəftar ediblər, onu döyməyiblər, incitməyiblər,..özü də onların hamısı yaxşı təhsil almış və ingilis dilində sərbəst danışan insanlarmış.

Dediyinə görə, təxminən bir ildən sonra o, əfqanlarla artıq onların öz dillərində danışmağı öyrənib.

Və, gələcək həyat yoldaşı ilə də tanış olub.

Keçmiş sovet əsgəri deyir ki, ona sadəcə olaraq yaxşı, güclü bir qız göstərdilər. dediyinə görə, elə özünə bənzəyirmiş: hətta gözlərimiz də oxşardı.

Onlar mənə izah etdilər ki, əgər onlarla qalmaq istəsəm, onu mənimlə evləndirəcəklər.

Sergey-Nurməmməd qızı bəyənib və evlənib. Onların bu nikahdan 13 övladları olub, amma onlardan 7-si körpəlikdə dünyasını dəyişib.

İndi Sergey-Nurməmmədin 6 övladı və 2 nəvəsi var. O, Əfqanıstan Milli Elektrik Şirkətində dizel generatoru üzrə mexanik işləyir.

Sergey-Nurməmməd müsəlmandır. O, Quranda İncillə böyük oxşarlıq gördüyü üçün İslamı qəbul etdiyini xatırladır.

"Kitabxanada İncil oxuyanda anladım ki, oxşarlıq 80 faizdən çoxdur"- deyir..

...Müsəlmanların və pravoslav xristianların bir Allahı var,- deyə o əlavə edir.

...İndi Sergey-Nurməmməd Rusiyaya qayıdıb, 80 yaşlı anasını görmək üçün...

O, Kurqanda yaşamaq istəyir, amma bir şərtlə, onun həyat yoldaşı, uşaqları və nəvələri də Rusiya Federasiyasının vətəndaşı ola bilsələr,

...Əgər yaxşı olarsa, mən Rusiyaya qayıtmaq istəyirəm. Amma mənim üçün bir əsas şərt var: ailəmlə qayıtmalıyam. Çöldəki bir adam artıq döyüşçü deyil. Bizi bu dünyada yaşamağa davam etdirən ailədir.

Bunu da Sergey-Nurməmməd deyir.

Əli Babayev