Xərcləmələr 477 milyon manatı ötüb

23 May 2025 11:54 (UTC+04:00)

İndiyə qədər Azərbaycan Mərkəzi Bankının (AMB) Bakının Nizami rayonunda yerləşəcək yeni inzibati binasının inşasına 477,348 milyon manat xərclənib. SİA bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, baş podratçı və digər təşkilatlarla bağlanılmış müqaviləyə əsasən 434,703 milyon manat, digər kapital qoyuluşları kimi isə 42,735 milyon manat xərclənib. Bundan sonra daha 153,883 milyon manat xərclənməsi nəzərdə tutulur. Beləliklə, bina AMB-yə 631,231 milyon manata başa gəlməlidir.