Şəmkir rayonunun Yeniabad kəndində yanğın olub. SİA FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 150 m² olan köməkçi tikilinin tavanı 35 m² sahədə, ona bitişik olan talvarın atma taxtaları 100 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.