"Real Madrid”in sabiq hücumçusu Raul Qonzales mövsümün sonunda “kral klubu”nun ikinci komandası “Kastilya”nın baş məşqçi postunu tərk edəcək. SİA “Diario AS” nəşrinə istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis üç klubun maraq dairəsinə düşüb.
Belə ki, İspaniyanın “Vilyarreal”, İngiltərə Premyer Liqasına yeni vəsiqə qazanan “Lids” və Almaniyanın “Şalke” klubu Raulu komandalarının başında görmək istəyirlər.
Qeyd edək ki, bundan əvvəl “kral klubu” sabiq futbolçusu ispaniyalı Xabi Alonsonun əsas komandanın baş məşqçisi vəzifəsinə dəvət olunmasından sonra Raulun ikinci komandadan getmək qərarına gəldiyi bildirilmişdi.