İspaniyanın "Barselona" klubu braziliyalı futbolçusu Rafinya ilə yeni müqavilə imzalayıb. SİA xəbər verir ki, bu barədə kataloniyalıların mətbuat xidməti məlumat yayıb. Hücumçunun yeni sözləşməsi 2028-ci ilə qədərdir. Qeyd edə ki, 28 yaşlı oyunçu 2022-ci ildən "Barselona"da çıxış edir. O, komandasının heyətində iki dəfə İspaniya çempionu olub, bir dəfə ölkə kubokunu, iki dəfə isə Superkuboku qazanıb.