ABŞ 15 gün sonra Sudana sanksiya tətbiq edəcək

23 May 2025 02:28 (UTC+04:00)

“Birləşmiş Ştatlar Sudana sanksiyalar, o cümlədən ABŞ-ın Sudana ixracına və ABŞ hökumətinin kredit xətlərinə çıxışına məhdudiyyətlər tətbiq edəcək”. SİA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir. Bildirilir ki, 24 aprel 2025-ci ildə Birləşmiş Ştatlar 1991-ci ildə qəbul edilmiş Kimyəvi və Bioloji Silahlara Nəzarət və Müharibəni Ləğvetmə Aktı əsasında Sudan hökumətinin 2024-cü ildə kimyəvi silahdan istifadə etdiyini müəyyən edib. Məlumata əsasən, Sudan hökumətinin də üzvü olduğu akta əməl etməməsinə dair hesabat əlavəsi ilə birlikdə bu gün Konqresə təqdim edilib. Konqresin 15 günlük bildiriş müddətindən sonra Birləşmiş Ştatlar Sudana sanksiyalar, o cümlədən ABŞ-ın Sudana ixracına və bu ölkənin ABŞ hökumətinin kredit xətlərinə çıxışına məhdudiyyətlər tətbiq edəcək.

Sanksiyalar təxminən iyunun 6-da, yəni bildiriş Federal Reyestrdə dərc edildikdən sonra qüvvəyə minəcək.

“Birləşmiş Ştatlar Sudan hökumətini bütün kimyəvi silahlardan istifadəni dayandırmağa və Kimyəvi və Bioloji Silahlara Nəzarət və Müharibəni Ləğvetmə Aktı çərçivəsində öhdəliklərini yerinə yetirməyə çağırır. Birləşmiş Ştatlar kimyəvi silahların yayılmasına töhfə verənləri məsuliyyətə cəlb etməyə tam sadiqdir”, - deyə açıqlamada qeyd olunur.