"Real Madrid" Luka Modriç ilə vidalaşıb

22 May 2025 21:08 (UTC+04:00)

İspaniyanın "Real Madrid" komandası futbolçusu Luka Modriç ilə vidalaşıb.

SİA xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Kral klubu" 39 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə imzalamayacaq.

Qeyd edək ki, xorvatiyalı futbolçu 2012-ci ildən "Real Madrid"də çıxış edirdi.