Ərdoğan yenidən prezidentliyə namizəd olmaq istəmir...

22 May 2025 20:40 (UTC+04:00)

Türkiyə prezidenti deyib ki, ölkə “darbəçilər tərəfindən yazılmış konstitusiya ilə gələcəyə gedə bilməz” (Türkiyə Konstitusiyası 1982-ci ildə, hərbi çevrilişdən üç il sonra qəbul edilib), ona görə də əsas qanunun dəyişdirilməsinə ehtiyac var.

SİA-nın məlumatına görə, Ərdoğan əmin edib ki, o, yeni konstitusiyanı “özü üçün deyil, ölkəmiz üçün” istəyir və heç bir halda yeni seçkilərdə iştirak etməyəcək.

Ərdoğan 2014-cü ildən prezidentdir və onun səlahiyyət müddəti 2028-ci ildə bitir.

Ərdoğan indi üçüncü prezidentlik müddətindədir. Konstitusiya ölkəni iki müddətdən artıq idarə etməyi qadağan edir – lakin 2018-ci ildə ona parlament idarəetmə formasını prezident idarəçiliyinə dəyişdirən düzəlişlər edildi, bundan sonra ölkənin Ədliyyə Nazirliyi Ərdoğanın birinci müddətinin “hesab olunmaması” barədə qərar verdi.

Əli Babayev