...Rusiya Ukraynaya “1000-ə 1000” düsturuna əsasən mübadilə üçün insanların siyahısını verib, indi Moskva Kiyevdən də eyni siyahını gözləyir.
SİA-nın məlumatına görə, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib. ...Biz, həqiqətən də, öz siyahımızı keçdik. Hələ ki, Kiyevdən əks siyahı almamışıq. Gözləyirik , - deyə "İnterfaks" onun sözlərini sitat gətirib.
Mayın 16-da İstanbuldakı Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Ukrayna ilə “1000-ə 1000” düsturuna əsasən əsir mübadiləsinin hazırlandığını bəyan edib.
Əli Babayev