Hər şey mənə Süleymanı xatırlatdı...

23 May 2025 01:07 (UTC+04:00)

...Rusiyanın əməkdar artisti Anastasiya Voloçkova Sankt-Peterburqun mərkəzində keçmiş həyat yoldaşı Süleyman Kərimovun illər əvvəl ona hədiyyə etdiyi mənzili satıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə balerinanın özü bildirib.

...Mənzil satdım, bu mənim haqqımdır. Məndə hər şey əladır, hər şey müsbət istiqamətdə gedir. İstər yaradıcılıqda, istərsə də həyatda hər şey gözəldir. Sadəcə, şərait elədir ki, bu, mənim mülkümdür, satdım. Bu, sizin üçün sensasiyadır, amma mənim üçün deyil.

Voloçkova bildirib.

Balerina bu kvadratmetrləri 2000-ci illərin əvvəllərində o zaman münasibətdə olduğu iş adamı Süleyman Kərimovdan hədiyyə olaraq alıb. Uzun illərdir ki, Mixaylovski sarayı və Rus muzeyinin yaxınlığında yerləşən mənzil boş qalıb. 200 kvadrat metrlik mənzil stukko, Venesiya suvağı, qızıl və mərmərlə bəzədilib.

Voloçkova həmişə deyirdi ki, bu mənzil onun üçün çox əzizdir. Amma indi öz etirafına görə, ona münasibəti dəyişib. ...Süleyman Kərimov onu mənə verəndə əvvəlki kimi onunla rəftar etmədim. Bu, onun üçün heyrətamiz bir iş idi. Bu mənzildə hər şey mənə Süleymanı xatırladırdı, - balerina etiraf edib.

O, həmçinin qeyd edib ki, mənzili satmaq qərarına başqa şeylərlə yanaşı, xoşagəlməz hadisə - yuxarıdakı qonşuların onun yaşayış sahəsini su basması təsir edib.

Nazlı Almuradova