"Azərbaycan 1991-ci ildə ikinci dəfə müstəqilliyini elan etdikdə, onu müstəqil ölkə kimi tanıyan ilk Türkiyə olmuşdur. İlk dəfə tanınmağı çox önəmlidir. Azərbaycanı ilk Türkiyə tanıdıqdan sonra digər ölkələr tanıyıb. Azərbaycanın ikinci dəfə müstəqillik elanından sonra Türkiyə Azərbaycan BMT-yə üzv olması dövründə də lazımi dəstəyi verib". Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İmza” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.
Onun sözlərinə görə, 1992-1993-cü illərdə Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edilməsindən sonra Türkiyə 1993-cü ildə Ermənistanla ortaq sərhədini bağlayıb diplomatik əlaqələrini kəsmişdir. Bu gün Azərbaycanın istəkləri istiqamətində Ermənistan ilə diplomatik əlaqələr yoxdur və sərhəd xətti bağlıdır.
Türkiyə-Azərbaycan əlaqələrinin oxşarı dünya da yoxdur. 2021-ci il 15 iyunda "Şuşa" bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan arasında əlaqələr stratejik müttəfiqlik səviyyəsinə yüksəlmişdir. "Şuşa" bəyannaməsi iki ölkənin parlamentləri tərəfindən təsdiqlənmiş, razılaşma məqsədi daşımaqdadır. Daha da yaxşısı "Şuşa" bəyannaməsi bizim gələcək üçün yol xəritəmizdir. Bəyannamədə yer alan ən önəmli maddə Azərbaycan hər hansı bir hücum zamanı Türkiyə həmin an yardıma gələcək. Eyni zamanda Türkiyəyə qarşıda hər hansı bir hücum olarsa Azərbaycan həmin an kömək edəcəkdir. Bu bəyannamədə siyasi, iqtisadi, hərbi, mədəni və digər sahələrdə də əməkdaşlıq müşahidə olunur".
Sabiq Səfir bildirib ki, Türkiyə ilə Azərbaycan arasında əlaqələr hər sahədə inkişaf edir. Hər il iqtisadi əlaqələr genişlənir və ticarət həcmi böyüyür: "Bunun daxilində neft, təbii qaz və petrol yer alır. Bu sahələrdə əlaqələr daha da genişlənməkdədir. Çox sayda qida maddəsi də iki tərəfli olaraq ixrac olunur. Həmçinin nəqliyyat və hərbi sahədə də inkişaflar genişlənir. Hər ay iki ölkə arasında hərbi təlimlər keçirilir. İki ölkənin əlaqələri gündən-günə daima genişlənməkdədir. Bununla yanaşı Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində çox güclü əməkdaşlıq mövcuddur. TANAP, Bakı-Tiblisi-Ceyhan xətti, Bakı-Tiblisi-Ərzurum, eyni zamanda dəmir yolu olan Bakı-Tiblisi-Qars yolları iki ölkə arasında daimi əməkdaşlığa söykənir. Eyni zamanda Türk dövlətləri təşkilatı daxilində də iki ölkənin əməkdaşlığı artmaqdadır. Həmçinin Türkiyə və Azərbaycan arasında əlaqələrin genişlənməsi digər dövlətlərin münasibətinə nümunədir"- deyə o əlavə edib.