Qadın həndbolçuların Azərbaycan çempionatında ikinci finalçının adı müəyyənləşib. SİA xəbər verir ki, bu gün keçirilən “Kür” -“İdman Akademiyası” görüşündə Mingəçevir təmsilçisi qələbəyə sevinib. Matçın gərgin mübarizə ilə yadda qalan ilk hissəsi 14:12 hesabı ilə yekunlaşıb. Fasilədən sonra fəallığı daha da artıran “Kür” 33:23 hesablı qələbə ilə finala yüksəlib.
Xatırladaq ki, digər finalçı yarımfinalda “Qarabağ”ı 35:26 hesabı ilə üstələyən “Azəryol”dur.