Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin mərkəzi seçki orqanlarının Məşvərət Platformasına sədrlik 2 il sonra Qazaxıstandan Azərbaycana keçəcək. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib.
O qeyd edib ki, həmin dövlətlərin seçki komissiyaları ilə vaxtaşırı birgə tədbirlər keçiriləcək:
"Hansısa sahədə çatışmazlıq varsa, bunu görüşlərdə müzakirə edəcəyik".