Şakiranın son konserti ilə bağlı vacib XƏBƏRDARLIQ

22 May 2025 15:41 (UTC+04:00)

Mayın 15-də ABŞ-ın Nyu-Cersi ştatının East Rutherford şəhərində yerləşən "MetLife" stadionunda konsert verən kolumbiyalı müğənni Şakiranın tədbiri ilə bağlı vacib bir xəbərdarlıq yayılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-Cersi Ştatının Səhiyyə Nazirliyi minlərlə insanın yoluxucu bir xəstəliyə məruz qalmış ola biləcəyini açıqlayıb.

Səhiyyə rəsmiləri Şakiranın konsertinin qızılca virusunun yayılmasına səbəb ola biləcəyini bildirib. Nazirlikdən yayılan rəsmi açıqlamaya görə, konsertdə iştirak edən yoluxmuş bir şəxs çoxsaylı personal və iştirakçını virusa məruz qoyub.

Müəllif: Günel Fərzəliyeva