Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir matç baş tutub

22 May 2025 15:24 (UTC+04:00)

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir matç baş tutub. SİA xəbər verir ki, E qrupunun oyununda İndoneziya Kosta Rika ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasında keçirilən görüş İndoneziya yığmasının qələbəsi ilə nəticələnib - 1:0.

Qeyd edək ki, bu gün baş tutan digər görüşdə H qrupunda İspaniya Qananı məğlub edib - 3:0.