"Qremmi" mükafatlı ispan sənətçi Buika ilə arabesk və pop musiqi sənətçisi Kibariye İstanbulda yenidən musiqisevərlərlə görüşməyə hazırlaşır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, BKM-nin təşkilatçılığı ilə konsert verəcək ikili mayın 26-da Harbiye Cəmil Topuzlu Açıq Hava Teatrında eyni səhnəni paylaşacaq.
Konsertdə iki sənətçi solo ifaları ilə yanaşı, duet də ifa edəcəklər. İlk dəfə fevralın 27-də İstanbulda birgə konsert verən ikili BKM-nin təşkil etdiyi qastrol səfəri çərçivəsində bu gün İzmirdə, sabah isə Antalyada səhnəyə çıxacaq.