Möminə xatun türbəsi bərpa olunacaq

22 May 2025 11:17 (UTC+04:00)

Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamla abidədə bərpa və konservasiya işlərinin aparılması üçün Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 1 milyon manat vəsait ayrılıb.