2025-2026-cı tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilib. SİA xəbər verir ki, elektron sənəd qəbulu mərhələsi 22-29 may tarixlərini əhatə edəcək.
Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra mayın 29-du saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.