Azərbaycan Xarici İşlər Nazirliyi Vaşinqtonda baş vermiş hücum nəticəsində həlak olan iki İsrail diplomatının ailələrinə və İsrail dövlətinə başsağlığı verib. SİA xəbər verir ki, bu barədə Nazirliyin "X" hesabında paylaşım edilib.
"Biz qorxu və bölücülük yaratmağa çalışan bu qorxaq zorakılıq aktını qətiyyətlə pisləyirik",-məlumatda qeyd olunub.