Rusiya vətəndaşı Bakıya gələrkən təyyarədə ölüb

22 May 2025 09:50 (UTC+04:00)

Rusiya vətəndaşı Esmira Məlik qızı Rəhmanova Bakıya gələrkən təyyarədə ölüb. SİA xəbər verir ki, azərbaycanlının Surqut-Bakı aviareysini həyata keçirən təyyarədə halı pisləşib və dünyasını dəyişib.

Onun uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.