Sumqayıtda yaşayış binasında yanğın

22 May 2025 09:08 (UTC+04:00)

Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib. Bu barədə SİA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd elektrik sayğacı və 10 paq.m elektrik kabeli yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2-si uşaq olmaqla 3 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.