Bundesliqada mövsümün futbolçusu o oldu

22 May 2025 07:56 (UTC+04:00)

"Bavariya”nın hücumçusu Harri Keyn Bundesliqada ötən mövsümün ən yaxşı futbolçusu seçilib. SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi saytında məlumat yayıb. “Bundesliqada mövsümün oyunçusu seçilmək çox gözəl hissdir. Mən bununla fəxr edirəm, çünki bu liqada çoxlu rəqabət var. Mükafatı çempion olduğumuz ildə almaq onu daha da xüsusi edir. Bu mənim üçün çox şey deməkdir. Kluba, komanda yoldaşlarıma və komandanın heyətinə xüsusi təşəkkürümü bildirmək istəyirəm ki, onlarsız bu mümkün olmayacaqdı. Biz bütün mövsüm çox çalışdıq, ona görə də indi bundan həzz alacağam. Bu kimi mükafatlar əlavə bonusdur”, – Keyn deyib. Bundesliqanın baş çatan mövsümündə 31 yaşlı futbolçu 31 matçda 26 qol vuraraq turnirin bombardiri olub.