Avro–2028-ə ev sahibliyi ev sahibliyi edəcək bütün komandaların turnirdə iştirakına zəmanət verilmir. SİA xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Avro-2028 İngiltərə, Şotlandiya, Uels və İrlandiyada keçiriləcək. UEFA dörd ölkədən qrup mərhələsinə yalnız iki yer ayıracaq. Onlar təsnifat mərhələsində ən yüksək nəticə göstərən, lakin birinci yerdən və ya səkkiz ən yaxşı ikinci yerdən birindən turnirə vəsiqə qazana bilməyən komandalara veriləcək. Çempionatda ümumilikdə 24 komanda iştirak edəcək, onlardan 20-si təsnifat nəticələrinə əsasən müəyyən ediləcək: 12 qrup qalibi və ikinci yeri tutanlar arasından 8 ən yaxşı komanda. Qalan iki yer üçün isə ikinci yeri tutmuş qalan komandalar və Millətlər Liqasından Avro-2028-ə birbaşa vəsiqə qazana bilməyən ən yaxşı komandaları arasında mübarizə aparılacaq.