İsrail Ordusu yeni reydlər keçirdi, 25 nəfər saxlanıldı

22 May 2025 05:04 (UTC+04:00)

İsrailin təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində ötən gün növbəti gecə reydləri keçirib və terrorçuluqda şübhəli bilinən 25 nəfəri saxlayıb. SİA xəbər verir ki, bu barədə İsrail Ordusunun Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, reydlər əsasən İordan çayının qərb sahilində yerləşən Vifleem, Cenin və Xevron şəhərləri ətrafında aparılıb.