Hava hücumundan müdafiə qüvvələri Moskvaya dron hücumunu dəf edib

22 May 2025 03:38 (UTC+04:00)

Moskva şəhərinin meri Sergey Sobyanin bildirib ki, Rusiyanın hava hücumundan müdafiə qüvvələri paytaxta yönəlmiş 16 pilotsuz uçuş aparatının hücumunun qarşısını alıb. SİA xəbər verir ki, hücumlarla əlaqədar “Şeremetyevo” hava limanında, eləcə də təkrar olaraq “Domodedovo” və “Jukovski” hava limanlarında hava gəmilərinin qəbulu və uçuşu müvəqqəti məhdudlaşdırılıb.

Bəzi dronların qalıqlarının düşdüyü ərazilərdə fövqəladə xidmətlərin mütəxəssisləri işləyir.

Rusiya Müdafiə Nazirliyi həmçinin bu gün ölkənin müxtəlif regionları üzərində 34 Ukrayna pilotsuz uçuş aparatının hava hücumundan müdafiə vasitələri ilə məhv edildiyini və ya ələ keçirildiyini açıqlayıb.